بیر حیات هدیه ائدیرم
سنه، یانیمدا بیر نفرلیک یئر وار گل اوتور دئییرم
بیر اویانا، بیر
بویانا فیکیر دئییشدیریرسن آآ
ایستر گل، ایستر گلمه..سس ائتمیرم
عشقین
اؤزونده وار معشوقلوق، سن معشوق دئییلسن سه من سنه هانسی عشقدن بحث ائده
جم؟
بیر یاتاغینا، بیر چؤره یینه طالیبم، اونودا منیم کی ایله بؤلوش
دئییرم..
ایستر گل، ایستر گلمه..بیر شئی دئمیرم
سندن اوّل یاشاییردیم چوخ شوکور، سندن سونرا دا یاشایاجاغام. بیر سئوگی
ماهنیم وار سنینله دئییله جک؛ گلمیرسن، اونودا سسسیزلییمله وورارام، آرتیق
ائشیتمیرم
سن گلمه سن اؤلمه رم البت آمما چوخ ایچیم
آغرییار..ایچیمین آغریسی دا اهمیّت لی دئییل،اصلینده عاغليم قاریشیر. بو قدر الینین ترسييله ايتله مه ييني معنا وئره بیلمه رم ایچیمده... آمما گلمیرسن سه اهمیت لی دئييل، من بورادا دایانیرام
وارلیغینلا شنله نير کؤنلوم..باشقا رنگلره بورونور حیات. سن اولسان ائویمه ده برکت
گلیر..شنلیک گلیر آمما تجاوزله دوام ائده جک سه بو ایش بیر آز چتین.
عاغلیمین،
اوره ييمين، روحومون راحاتلیغیسان..دوزدور. آمما یوخسان دئیه نفسیم تؤکنمزکی؛ تاپاریق مطلق یاشاماغین بیر
یولونو...
سن الیمی توتاندا اوره ییم ترپنمیرمی؟ ایچیمده کپنکلر
اوچورمو؟ هامیسینا بلی!! آمما گلمیرسن سه ده قاپیندا یاتاجاق حالیم یوخ
البت!!
ائویمده ایستی آشیم وار..کؤنلوم سه ایستی سئوگیلیم..گل
دئییرم قوینوما؛ گلمیرسن سه یا سنین عاغلین یوخدور، یا دا منیم پیس
آنلاتماغیم..
اوچ قپی ییم وار جیبیمده، مرد اولانلا بؤلوشه رم. چؤره
ییم ده وار..گلرسنسه اونودا پایلاشارام. بیرده سئودام وار اؤره ییمده،
اونون هامیسی اونسوزدا سنیندی..
ایندی سن قوی باشینی قارشینا،
بیر باخ باخاق گله جک گونلرينه. داها یاخشی بیر حیات
سئچه بیلسن نه گؤزل..من ده سئوینه رم سنینله..آمما ماجرا
آختاریرسانسا...او منده یوخدور!!!
او زامان ایستر گل ایستر گلمه!!!

İstər Gəl, İstər Gəlmə
.Bir həyat hədiyyə edirəm sənə, yanımda
bir nəfərlik yer var gəl otur deyirəm
..Bir o yana, bir bu yana fikir
dəyişdirirsən aa
.İstər gəl, istər gəlmə, səs etmirəm
?Eşqin özündə var məşuqluq, sən məşuq
deyilsənsə mən sənə hansı eşqdən bəhs edəcəm
.Bir yatağına, bir çörəyinə talibəm,
onu da mənimkiylə bölüş deyirəm
.İstər gəl, istər gəlmə, bir şey
demirəm
Səndən əvvəl yaşayırdım çox şükür,
səndən sonra da yaşayacağam. Bir sevgi mahnım var səninlə deyiləcək;
gəlmirsən, onu da səssizliyimə vuraram, artıq eşitmirəm
Sən gəlməsən ölmərəm əlbət amma çox
içim ağrıyar. İçimin ağrısı da əhəmiyyətli deyil, əslində ağlım qarışır.
Bu qədər əziyyəti əlinin tərsiylə itələməyini məna verə bilmərəm içimdə
amma gəlmirsənsə əhəmiyyətli deyil, mən burada dayanıram.
Varlığınla şənlənir könlüm, başqa
rənglərə bürünür həyat. Sən olsan evimə də bərəkət gəlir, şənlik gəlir
amma təcavüzlə davam edəcəksə bu iş bir az çətin.
Ağlımın, ürəyimin, ruhumun
rahatlığısan, düzdür. Amma yoxsan deyə nəfəsim tükənməz ki; taparıq
mütləq yaşamağın bir yolunu.
Sən əlimi tutanda ürəyim tərpənmir mi?
İçimdə kəpənəklər uçmur mu? Hamısına bəli! Amma gəlmirsənsə də qapında
yatacaq halım yox əlbət!
Evimdə isti aşım var, könlümse isti
sevgilim, gəl deyirəm qoynuma; gəlmirsənsə ya sənin ağlın yoxdur, ya da
mənim pis anlatmağım
Üç qəpiyim var cibimdə, mərd olanla
bölüşərəm. Çörəyim də var, gələrsənsə onu da paylaşaram. Bir də sevdam
var ürəyimdə, onun hamısı onsuz da sənindi.
İndi sən qoy başını qarşına, bir bax
baxaq gələcək günlərinə. Daha yaxşı bir həyat seçəbilsen nə gözəl, mən
də sevinərəm səninlə amma macəra axtarırsansa, o məndə yoxdur
!O zaman istər gəl, istər gəlmə
+ نوشته شده در جمعه بیست و سوم فروردین ۱۳۹۲ ساعت 11:49 توسط مهران
|